Görəsən kim nə imiş hörməti-səhbayə səbəbKi, həram etdi bu can cövhərini Şahi-Ərəb.

Məstlikdir səbəbi-hürməti gər səhbanın,Qeyri-səhba dəxi bu məstligə çoxdu səbəb.

Var ümidim ki, nəsibi ola abi-kövsər,Rəznişanlıqda ki, dehqan bu qədər çəkdi təəb.

Meyvəsi oxşamasaydı ləbinə dildarın,Bağban əkməz idi bağdə bir nəxli-rütəb.

Ürəgim qan, sirişkim meyi-gülgunə dönər,Ləbi-innabinə hərdəm ki, dəgə mai-ənəb.

Udü səndəl nə gərək, nəkhəti-zülfün xoşdur,Gülrüxüm mən degiləm dəhrdə həmmali-hətəb.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, qoymaz idi şaxi-gül üstə qədəmin,Bülbüli-məstdə olsaydı əgər rəsmi-ədəb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq