Vermənəm könlümü bir dilbərə bundan sonra
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Vermənəm könlümü bir dilbərə bundan sonra,Olmanam aşiq o siminbərə bundan sonra.
Aldı iymanımı əldən, məni bidin elədi,Aşina olmanam ol kafərə bundan sonra.
Oxşayır mahi-fələk çünki üzari-yarə,Baxmanam mən bu məhi-ənvərə bundan sonra.
Badənin ləli-ləbi-dilbərə çün nisbəti var,Tökmənəm badəni mən sağərə bundan sonra.
Ənbərin zülfüvün ol qədr ziyanın deyərəm,Kimsə rəğbət eləməz ənbərə bundan sonra.
Dəxi ol sərvqədin kuyinə cənnət deyibənGəzmənəm küçələri heyvərə bundan sonra.
Məqtə — şairin təxəllüsü olan son beyt. Etmənəm zülfüvün ovsafını, şair deməsinO pəri Seyyidi-qəmpərvərə bundan sonra.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-vermenem-konlumu-bir-dilbere-bundan-sonra
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir fəqirin papağını bir kəsQapıban qaçdı getdi karına bəs.
Məcnunun əhvalatı (Bir nəfər şəxs gördü Məcnunu)Bir nəfər şəxs gördü MəcnunuOl əsiri-bəlavü dilxunu.
Münəccim əhvalatı (Var idi bir münəccimi-dana)Var idi bir münəccimi-dana,Nəzərində əyan nücumi-səma.
ÖyüdEy oğul, həzrəti-rəsulüllahDedi: – “Əlkasibü həbibullah”.
Başqa şairlərin şeirləri · Eşq
Əvvəl salam olsun, Şikəstə qardaş!Oxu, bu kağızın qarası nədir?
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Əlhəmdülillah, fikrimdir AllahƏlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri