Öyüd
Ey oğul, həzrəti-rəsulüllah
**Dedi: – “Əlkasibü həbibullah”.Ənbiyalər həm əhli-sənət idi;Adəmin sənəti ziraət idi.Oldu xəyyat Həzrəti-İdris,Xəlqə ol elmi eylədi tədris.Həzrəti-Nuhdur, oğul, nəccar,Kəşti elmin o eylədi izhar.Dəxi bəzzaz idi Xəlili-xuda,Tikməbənd idi Yunisi-ziba.Sibti-İmran olub Şüeybə çoban,Oldu Davud zərgəri-dövran.İbni-Davud sənəti zənbil,Zəkəriyya kilimbaf idi bil.Həzrətin pişəsi ticarət idi,Dəxi ol şah əhli-sənət idi.Çox zamanlar o sərvəri-kövneynÖz əliylə tikib, satıb nəleyn.Ey oğul, bil ki, adəmi-bikarXüşk olan bir odundu, layiqi-nar.Bunu bizdən deyibdilər əqdəm:Sənəti olmayan deyil adəm.Puç olub getsə dövlətin vayə,Yenə sənətdir əldə sərmayə.Gər ticarətçün olmasa dövlət,Səy qıl, hasil eylə bir sənət.Elmdir əhli-sənətin hünəri,Elmsiz sənətin nədir səməri?Elmsiz sənətin nə miqdari;
**“Kari-buzinə nist nəccari.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-oyud
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir həkimdən sual etdilər ki, sənin qardaşın nə haldadır?Dedi ki, vəfat elədi.
Harun və BəhlulHarun-ər-Rəşid Bəhluldan sual elədi ki, mənə bir nəsihət elə, taona əməl edib rastkar olum.
ƏflatunBir şəxs Əflatun-həkimdən sual elədi ki, çox illər cəhazda dəryasəfəri qıldın. Dəryada nə əcayib gördün?
QəzvinliBir nəfər qəzvinlinin bir eşşəyi itmişdi. Sorağ edib car çağırırdı vədəmbədəm Allah-taalaya şükr edirdi.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
İnsanın şərəfi, bəzəyi məncə,İnan, nə ipəkdir, nə tirmə, oğlum!
Qəzəl: Əbləh oldur kim cahan mülkündə daim qəm qılarƏbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
سری به سینه خود تا صفا توانی یافتخلاف خواهش خود تا خدا توانی یافت
Hər kəsdə kəmal olmasa ürfanlığa dairHər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.