Duz-çörəyi itirmə!
İnsanın şərəfi, bəzəyi məncə,İnan, nə ipəkdir, nə tirmə, oğlum!Yaxşıdan yaxşı ol ellər içində,Dostuna bir ziyan yetirmə, oğlum!Yersiz gülümsəmə, yersiz ağlama,Bir könül də qırma, sinə dağlama.Sirrini ellərdən gizli saxlama,Dilinə yalan söz gətirmə oğlum!Yel qanadlı illər ömürdən gedir,İnsan zəhmətiylə kamala yetir.Bağında nərgizlər, lalələr bitir,Tikanlar, qanqallar bitirmə, oğlum!Ürəyim arzuyla doludur, dolu,Hünər meydanıdır bu həyat yolu.Bilmədiyin işi gözüyumulu,Söz verib öhdənə götürmə, oğlum!Oxu öyüdümü sən sətir-sətir,Dilindən məclisə səpilsin ətir.Qazancını itir, malını itir,Ancaq duz-çörəyi itirmə, oğlum!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-duz-coreyi-itirme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən nələr çəkmədim sənin yolunda,Sənə toxunmasın ürək sözlərim.
Ayrılıq mahnısıSon görüşdə sahilində Arazın,Səssiz baxdıq bir-birinin üzünə.
Min könül qalacaqYaxamda xatirə səndən bir incə gül qalacaq,Gözümdəsə əbədi canlı bir şəkil qalacaq.
Dənizəm mənTəbrizli gözəl qız, yenə eşqimdə düzəm mən,Məndən uzaq olsan belə, üstündə gözəm mən.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Ancə sənsiz ağlardım, ey baği-cənnət laləsiKim, düşər hər yan gözümdən uş cigər pərkaləsi.
DeyərNamərd ilə işim yoxdu, mən həcətakram deyər.Nə yükü yox, nə mətaı, şahü-xodkaram deyər.
Elmi-bəşər“Bir məktub münasibətilə”Bəradərimə:
Elm-əxlaq"Təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır",*F.Engels*