Misir şahzadələri
Misr mülkündə var idi peydaİki şəhzadeyi-sütudə əda.Birisi elmə oldu bəs talib,Birisi dövlətə olub rağib.Birinə elmü fəzl olub hasil,O biri dövlətə olub vasil.Birisi əsrə oldu əllamə,Birisi yetdi dövlətü kamə.Biri asudə idi rahət ilə,Birisi var idi məşəqqət ilə.Bir gün ol əhli-sərvətü dövlətDedi qardaşına tapıb xəlvət;Ey bəradər, bu nə məşəqqətdir,Bu nə elmü bu nə riyazətdir?Sən gedib elm eylədin təhsil,Zahir oldu həzar cərrü səqil.Nədir axır bu elmdən məqsud?Atəşi-fəqrdən çəkirsən dud.Olmuşam gör nə dövlətə vasil,Elmdən səndə yoxdu bir hasil.Açdı dürci-dəhanın ol fazil,Bəhri-zəxxarü alimi-kamil.Dedi kim, ey bəradəri-əhməq,Mənə vacibdi şükri-neməti-həq.Ənbiya irsinə mənəm varis,Məndən afaqə elm olur hadis.Mülki-Fironə sən də varissən,Qəmü azari-xəlqə baissən.Mən ki bir payimal olan murəm,Şükrlər kim, nə nişi-zənburəm.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-misir-sahzadeleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yay günü şəhrə gəldi bir çoban,Dəyənək əldə, seyr edib hər yan.
Dilənçi və xəsisVar idi bir bəxili-sahibmal,Bir fəqir gəldi ondan etdi sual,
Əzudüddövlənin oğlunun xəstələnməsiƏzudun oğlu oldu çün bimar,Atasından tükəndi səbrü qərar.
Gənc sərxoş və abidBir gecə bir cəvani-məstü xumarBir nəfər parsayə oldu düçar.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Başına döndüyüm gül üzlü ana,Butamın dalınca gedəsiyəm mən.
AğlamaZəlilü natəvan, əlacsız yazıq,Sən olasan mənim canım, ağlama!
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Taxtkahi-CəmBir qəm sarayı möhnət imiş taxtkahi-Cəm.Həp əski uyqusunda durur kişvəri-Əcəm.