Yay günü şəhrə gəldi bir çoban,Dəyənək əldə, seyr edib hər yan.Nagahan gördü bir nəfər baqqal,Doldurub buz təbaqə malamal,Səslənir hər zaman ki, “ay yəxəsər!”Bu kəlam eylədi çobanə əsər.Buzu ol ehtiramdə görçək,Yüyürüb vurdu bir neçə dəyənək.Dedi: – Bax, bax, bizi bilir qanmaz!Elə bildi çoban bunu tanımaz.Qışda qırdı qoyun-quzum yeksər,Burada adını qoyub “yəxəsər”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri