Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış,Tənimdən tab, gözdən xab, əldən ixtiyar almış.
Edibdir hər birinin qəmzeyi-xunxarı seydi-dil,Sanırsan şahbazi-ahəninmixləb şikar almış.
Birisi almağa canım götürmüş xəncəri-bürran,Birisi tökməgə qanimi tiği-abdar almış.
Biri zahir nigah ilə alıbdır canımı pinhan,Birinin qəmzeyi-pinhanı könlüm aşikar almış.
Nə din qoymuş, nə iyman məndə, na ayinü nə məzhəb,Bu kafərbeççə dilbərlər əlimdən hər nə var almış.
Xüsusən ol nigari-sərvqamət, yari-məhsimaKi, tabi-türrəsindən rəngü bu müşki-tatar almış.
Məqtə — şairin təxəllüsü olan son beyt. Görənlər səfheyi-ruyində, Seyyid, xəttin ol şuxünSanır kim, kişvəri-Rumu sipahi-Zəngbar almış.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-nece-mehru-gozel-sirvanda-konlumden-qerar-almis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dərbənddə Şüai, Qümri oldu şair,Qümrinin olub indi kitabı zahir,
Aləmdə hanı o kimsə kim, xürrəmdirAləmdə hanı o kimsə kim, xürrəmdir,Gər Xosrovü Cəmşid və gər kim, Cəmdir;
Şəhri-Qutais mədəni-hurü pəridirŞəhri-Qutais mədəni-hurü pəridir,Hər bir gözəli yer üzünün zivəridir.
Hər kimsə ki, seyri-xaki-Bağdad eylərHər kimsə ki, seyri-xaki-Bağdad eylər,Sanmın ki, o qəmgin ürəgin şad eylər,