Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş,Ləbüvə çeşmeyi-heyvan dedilər, gerçək imiş.
O dəhən fikri ilə cümlə yox oldu varım,Dəhənin nöqteyi-pinhan dedilər, gerçək imiş.
Hər gələn adəm edər canü könüldən təsdiq,Kuyüvi rövzeyi-rizvan dedilər, gerçək imiş.
Alışıb, şölə çəkib suz ilə yandım, gördüm,Hicrüvi atəşi-niyran dedilər, gerçək imiş.
Qaşların nuni-qələm, qəddin əlif, zülfün lam,Üzüvi sureyi-quran dedilər, gerçək imiş.
Yerü göy, ərşü mələk nurüvə eylər səcdə,Səni kim, aləmə sultan dedilər, gerçək imiş.
Sənəma, səndə təcəlla eləyib həzrəti-həq,Surətin surəti-rəhman dedilər, gerçək imiş.
Hüsnüvə aşiq olan oldu mələkdən əla,Münkiri-fəzlüvə şeytan dedilər, gerçək imiş.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyidin-zahir olub şeri-şəkərbarındanLəbi-ləlin şəkəristan dedilər, gerçək imiş.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-zulfuve-zulmeti-dovran-dediler-gercek-imis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən mənim, ey ləbi canbəxş ki, cananımsan,Sənə qurban nə deyim canı ki, sən canımsan.
Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mənBir dəm mənə bax, ey gözü bimar, ölürəm mən,Çeşmindən iraq, ey güli-tər, xar ölürəm mən.
Şəm kim, rovşən olub yanmağa pərvanə üçünŞəm kim, rovşən olub yanmağa pərvanə üçün,Yanmağından dəxi pərvanəyə pərva nə üçün?
Xət gəlib müshəfi-rüxsarına mənası üçünXət gəlib müshəfi-rüxsarına mənası üçün,Ayeyi-Nurə düşüb şərh təcəllası üçün.