Sən mənim, ey ləbi canbəxş ki, cananımsan,Sənə qurban nə deyim canı ki, sən canımsan.

Neylirəm sərvi, uzun söz nə gərəkdir, ey gül,Rast oldur ki, özün sərvi-xuramanımsan.

Neylirəm sərvi, gülü gülşəni, ey laləüzar,Sən mənim sərvü gülü sünbülü reyhanımsan.

Mən sənin murinəm, ey səbz-xətü müşkinmu,Sən mənim təxti-hökumətdə Süleymanımsan.

Yoxü-varımdı fəda, ey dəhəni-yar, sənəKi, mənim dəhrdə sən munisi-pinhanımsan.

Kakilin ayəti-”Vəlleyl”di, “Vəşşəms” yüzün,Sən mənim məktəbi-üşşaqdə Quranımsan.

Məqtə — şairin təxəllüsü olan son beyt. Dün dedin kim, mənə, ey şah, gədadır Seyyid,Elə bildim ki, dedin aləmə sultanımsan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq