Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs,Məxfi qalsın söz, nihani canə eylərsən həvəs.

Gəh sözün meyxanədir, gahi xəyalın saqidir,Cənnət istərsən, yəqin qılmanə eylərsən həvəs.

Yox işin sirri-dəhani-yari sormaqdan siva,Sən məgər hər nükteyi-pinhanə eylərsən həvəs.

Ey dili-məcruh, yox müşk ilə zəxmin sazişi,Bəs neçin ol zülfi-müşkəfşanə eylərsən həvəs.

Gəh təmənna tiğin eylərsən, gəhi peykanını,Yardən hər ləhzə bir ehsanə eylərsən həvəs.

Ey xəyali-yar, çıxmazsan könüldən, bilməzəmSən neçün bu mənzili-viranə eylərsən həvəs?

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, sal boynuva zünnari-zülfi-yarı sən,Eşqdə gər rütbeyi-Sənanə eylərsən həvəs.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq