Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs,Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs.

Aşiq azadə gərəkdir ki, dönər zindanəBərgi-güldən ola gər bülbüli-şeydayə qəfəs.

Ağladı bülbül əgər mən kimi hicran gecəsi,Nə üçün dönmədi bir mövclü dəryayə qəfəs?

Əndəlib-çəmənü güldə olan zati-şərif,Nə əcəbdir dəgə gər cümleyi-dünyayə qəfəs.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, aləmi-surət əgər olsaydı fəna,Ləfzlər olmaz idi dəhrdə mənayə qəfəs.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar