Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş.
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş.Bağışla, bilmədim biganələrlə aşinasənmiş.
Səni ayineyi-məqsud sandım rubəru durdum,Göründü əksi-surət, annadım kim, kəcnümasənmiş.
Səni Yusif bilib, verdim könül mülkündə sultanlıq,Əzizim, nuri-eynim, sən gəda oğlu gədasənmiş.
Səni üşşaq üçün söylərdim əvvəl rəhməti-həqsən,Vəli, ey mahru, sən gögdən enmiş bir bəlasənmiş.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kimin zülfünə bənd oldunsa, Seyyid,bivəfa çıxdı,Şikayət etmə bir kəsdən, özün bəxti qərasənmiş.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-seni-ehli-vefa-bilmisdim-ey-gul-bivefasenmis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəsdim o ləbi-ləlfəşandan rəğbət,Ol sərvi-qədü qönçə-dəhandan rəğbət.
Ey badi-səba, kuyinə yarın güzər etEy badi-səba, kuyinə yarın güzər et,Bir qeyr kəs olmasın yanında, nəzər et,
Ey qanə dönən rəşki-ləbindən yaqutEy qanə dönən rəşki-ləbindən yaqut,Öldür məni, ver ləli-ləbindən ya, qut.
Qurbanın olum, ey büti-şirinhərəkatQurbanın olum, ey büti-şirinhərəkat,Hər acı sözündür mənə bir qəndü nəbat,
Başqa şairlərin şeirləri · Eşq
Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Yanan eşq atəşinə qəm yeməz ol nardən artıqYanan eşq atəşinə qəm yeməz ol nardən artıq,Ki, yaxmaz nari-düzəx atəşi-rüxsardən artıq.