Fəqrü fənanı bilməz idim kimiya imiş
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Fəqrü fənanı bilməz idim kimiya imiş,Səngi-sitəm şikəstə dilə mumiya imiş.
Mülki-fənavü fəqrdə sultan imiş fəqir,Övci-səriri-izzdə sultan gəda imiş.
Mən zəhr bildigim məni-miskinə nuş imiş,Biganə sandığım mənə xüd aşina imiş.
Ta sayə saldı başıma, yetdim səadətə,Mən cüğdə nisbət eylədigim quş, hüma imiş.
Çin söz budur ki, nafeyi-Çindən ziyadədir,Müşki-Xəta o zülfə demək bir xəta imiş.
Könlüm olurdu rəşklə sədçak şanədən,Kəc getmişəm ki, zülfüvə məhrəm səba imiş.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid düşəndə möhnətə “Nadi-Əli” oxur,Müşkülgüşa cahanda şəhi-Lafəta imiş.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-feqru-fenani-bilmez-idim-kimiya-imis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut.Tutma əldə zahidin təsbihini, peymanə tut.
Əmərəm ləblərini ta nəfəsim var mənimƏmərəm ləblərini ta nəfəsim var mənim,Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.
Gecə gördüm səni, ey afəti-dövran, yuxudaGecə gördüm səni, ey afəti-dövran, yuxuda –Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.
Hanı o mah ilə mən işrət etdigim gecələrHanı o mah ilə mən işrət etdigim gecələr,Tülui-sübhə kimi söhbət etdigim gecələr.