Bən niçin məsti-eşqi-yar oldum?Bu nə xülya ki, bən düçar oldum?Bən niçin böylə dilfikar oldum?Niyə məftuni-zülfi-tar oldum?Niyə bədbəxti-ruzigar oldum?

Mərhəmətsiz mələk, ədalı gözəlGör nələr yapdı bir visala bədəl!Yeni gülmək dilərdi şəmsi-əməl,Ah... pək bəxtiyar idim əvvəl...Bən niçin məsti-eşqi-yar oldum?

Sevərim... Son nəfəsdə inlərkənYenə atmam o nazlı dilbəri bən.O gözəl gözlər, ah... o qönçə dəhən,Çıqmıyor bir dəqiqə fikrimdən,Bu nə xülya ki, bən düçar oldum?

Səhər aşiq o nurun ismətinə,Bayılır pənbə gül təravətinə,Cümlə heyran ikən nəzakətinə,Uyar-uymaz onun məhəbbətinə,Bən niçin böylə dilfikar oldum?

Hər könül bağlı bir vəfakarə,Arıyor dərdi-eşqə bir çarə.Bən niçin böylə qaldım avarə?Niçin uydum o çeşmi-səhharə?Niyə məftuni-zülfi-tar oldum?

Nə olur? Beş dəqiqə ləbbərləb,Yaşasaydıq onunla məsti-tərəb;Of, bilməm ki... Mərhəmət, ya rəb!Bəni qəhr etdi iztirabü təəb,İştə! Bədbəxti-ruzigar oldum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq