Hanı o mah ilə mən işrət etdigim gecələr
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hanı o mah ilə mən işrət etdigim gecələr,Tülui-sübhə kimi söhbət etdigim gecələr.
Gedəndə yar, durub naz ilə kənarındanAlıb ələ ətəgin, minnət etdigim gecələr.
Düşəndə xatirimə göglərə çıxar ahım,O mahparə ilə xəlvət etdigim gecələr.
Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb,Təvafi-kuyi üçün niyyət etdigim gecələr.
Gəlib nihani dəri-yarə, üz qoyub xakə,Qübarın öpməgə ol cürət etdigim gecələr.
Düşərmi bir də ələ, ey xudayi-həyyü əhəd,O sərvqamət ilə ülfət etdigim gecələr.
Deyəndə yar mənə dərd, mən deyərdim can,Məzaqə təlx sözün şərbət etdigim gecələr.
Məqtə — şairin təxəllüsü olan son beyt. Mükərrər eyləyib ol acı sözlərin, Seyyid,Özüm-özümə dönüb ləzzət etdigim gecələr.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-hani-o-mah-ile-men-isret-etdigim-geceler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey bəstə qılan çahi-zənəxdanə məni,Məğlul eləyən zülfi-pərişanə məni.
Meyxanə tərəf amandı, var, ey saqiMeyxanə tərəf amandı, var, ey saqi,Gör xümdə əgər şərab var, ey saqi!
Getdim, aradım Kəbeyi-ülyadə səniGetdim, aradım Kəbeyi-ülyadə səni,Zahid dedi: görmək olur üqbadə səni.
Bu Gəncədə bir gənci-nihanım qaldıBu Gəncədə bir gənci-nihanım qaldı,Bir simbədən, qönçədəhanım qaldı.
Başqa şairlərin şeirləri · Eşq
Yalvarma, keçən deyiləm, inanmırsan, inanma,Mən ki and içən deyiləm, inanmırsan, inanma.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Bəsdi yarPeymana mərd oldum, dəşt gərd oldum,Gör əhvalım, bir sor halım, Bəsdi yar.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.