Hərçənd xubrudə bu adətdi, naz olur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hərçənd xubrudə bu adətdi, naz olur,Sən tək, vəleyk, naz qılan yar az olur.
Ol sərvi sərfəraz elədim əşkim ilə mən,Əğyar, sayəsində vəli sərfəraz olur.
Adət budur ki, dəhrdə görməz visali-yar.Hər aşiqi ki, pakinəzər, pakbaz olur,
Görməz həqiqi aşiq olan vəsli-yarını,Bəzmi-visal qisməti-əhli-məcaz olur.
Könlü gərəkdi qönçə kimi qan ola müdam,Kim ki, dəhani-yarı sorub, əhli-raz olur.
Fəqrü fənayə talib olan dövlət istəməz,Bu kimiyanı hasil edən biniyaz olur.
Qoymaz kəbutəri-dili-üşşaqdə qərar,Hər yerdə kim, gözün kimi bir şahbaz olur.
Xurşid edər tülu, yetər şəb nihayətə,Bağlar sitarə çeşmi-həsəd, sübh baz olur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, şikayət eyləmə hicrani-yardən,Bir gün olur ki, lütfi-xuda çarəsaz olur.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-hercend-xubrude-bu-adetdi-naz-olur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Verdim könül ol şuxi-dilazarə əbəs,Qıldım özümü yovunca hər xarə əbəs.
Hər dilşüdə bir meyldə qaldı naqisHər dilşüdə bir meyldə qaldı naqis,Məcnun Həvəsi-Leylidə qaldı, naqis,
Gər oldu mənim canıma canan varisGər oldu mənim canıma canan varis,Zahid, ola iymanuva şeytan varis,
Ol zülfdən olmaz dili-bimar xilasOl zülfdən olmaz dili-bimar xilas,Zəncirdən olmaz bu giriftar xilas,
Başqa şairlərin şeirləri · Eşq
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Yol saldım onun zülfünə sevdası gözəldirYol saldım onun zülfünə sevdası gözəldir,Hər şeydən onun gün kimi siması gözəldir.
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Abdulla Canızadə Aşıq ValehəEy Səfi, şahi-Nəcəf evi sənə məskən ikən,Niyə ol ruzəni tərk etdin əgər adəm idin.