Bu pir könül tazə bir əhli-nəzər istər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bu pir könül tazə bir əhli-nəzər istər,Əvvəlki keçibdir, bunu ondan bətər istər.
Göz yaşımı dil culərə döndərdi qəmindən,Məlum olur nəxli-muradə səmər istər.
Ləli-ləbini istəsə dil, həqqi var, ey gül,Bimar gözüm qüvvət üçün gülşəkər istər.
Peykanlarını xahiş edər dil iki yandan,Uçmağa səri-kuyüvə bir balü pər istər.
Başdan keçibən eşqdə cövlan gərək olsunMeydani-məhəbbətdi bu, ey dil, cigər istər.
Bimar gözün istəsə qoy qanımı içsin,Qurbandır ona, canımı məndən əgər istər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bir kimsənə yoxdur ki, sənə olmaya pabənd,Ey xaliqi-bimisl, səni hər bəşər istər.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-bu-pir-konul-taze-bir-ehli-nezer-ister
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözüm kur oldu hicrin giryeyi-bimüntəhasından,Ziyalansın, gəl, ey məh, xaki-payın tutiyasından,
Bülbüli-dil gülşəni-rüxsarın eylər arizuBülbüli-dil gülşəni-rüxsarın eylər arizu,Tutiyi-can ləli-şəkkərbarın eylər arizu,
Hakim ki, tazə varid ola bir vilayətəHakim ki, tazə varid ola bir vilayətə,Adətdi dadrəs olur əhli-şikayətə.
Dedim: qoy kuyüvün bir mən olum, ey məh, nigəhbanıDedim: qoy kuyüvün bir mən olum, ey məh, nigəhbanı,Dedi: bir bülbülə vermək olurmu bir gülüstanı,
Başqa şairlərin şeirləri · Eşq
Mus: Oqtay Kazıminindir*İl ötdü, ay keçdi,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməzQoyubdur intizarında, necin gəlməz, necin gəlməz?Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?