Hanı o mahə həmağuş olduğum gecələr,Şərabi-vəsl ilə mədhuş olduğum gecələr.

Siyah zülfü töküb üstümə yatan dəmlər,Bəsani-Kəbə siyəhpuş olduğum gecələr.

Zaman-zaman oxuyub yar ilə duayi-qədəh,O lalərüxlə qədəhnuş olduğum gecələr.

Düşəndə yadə, düşər şölələr dilü canə,O nari-eşqlə pürcuş olduğum gecələr.

Bəsani-seyl yetib bəhri-vəhdəti-yarə,Atıb sədaları, xamuş olduğum gecələr.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çıxanda sövtü o şirin kəlamuvun, Seyyid,O sövtə başdan ayaq guş olduğum gecələr.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq