Alan qərarımı ol kakili-mütərradır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Alan qərarımı ol kakili-mütərradır,Başımda, bilməyirəm hiç, bu nə sövdadır?
Dedim: nədir rüxi-müshəfvəşində xətti-siyah,Dedi ki, sureyi “Vəşşəms” üçün bu mənadır.
Caharmixi-təbiətdən əl çəkən arif,Çıxar səmayə ki, həmxaneyi-Məsihadır.
Buraqi-himmət ilə qıl üruc ərşi-həqə,O quş ki, çərxi-çaharüm məqami-İsadır.
Görən xudayi-əhəd nurini bu kəsrət ara.Deməz ki, hiç bu məsciddir, ol kəlisadır.
Təcəlliyat özünün, göz onun, cəmal özünün,Cahanda gəh özü Yusifdi, gəh Züleyxadır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Rümuzi-şeirdən aləmdə yox mənim xəbərim,Zəbani-Seyyidi-şirinsüxənlə guyadır.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-alan-qerarimi-ol-kakili-muterradir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut.Tutma əldə zahidin təsbihini, peymanə tut.
Əmərəm ləblərini ta nəfəsim var mənimƏmərəm ləblərini ta nəfəsim var mənim,Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.
Gecə gördüm səni, ey afəti-dövran, yuxudaGecə gördüm səni, ey afəti-dövran, yuxuda –Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.
Hanı o mah ilə mən işrət etdigim gecələrHanı o mah ilə mən işrət etdigim gecələr,Tülui-sübhə kimi söhbət etdigim gecələr.
Başqa şairlərin şeirləri · İlahi eşq
Kafərdi kor mələk bilə, canə mələk səni,Sultani-hüsnsən yaradıb tanrı tək səni.
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Qaraçı qızQaraçı qız sinəsini verib qabağaKirpiyindən, dodağından məhəbbət axır.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,