Zülf arasında könül arizi-dilbər tapdı,Bu qaranlıq gecədə mahi-münəvvər tapdı.

Tutiyi-can ləbüvə püstə xəyalilə yatıb,Həbbəza, taleyi-fərxəndə ki, şəkkər tapdı.

Tapdı ol dürri-giranmayəni axırda rəqib,Gör ki, xərmöhrə bu aləmdə nə gövhər tapdı.

Tiğ pak etdi xəti arizi-ziybasından,Bülbül əyyami-xəzan bir güli-əhmər tapdı.

Şükrlillah ki, könül qəmlərüvə gətdi pənah,Özünə aləm ara yar ilə yavər tapdı.

Aldı divanə könül daməni-Məcnunu ələ,Vadiyi-eşqdə bir mürşidi-rəhbər tapdı.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, mövsümi-güldür, hamı dilşad oldu,Bir məni piri-müğan zarü mükəddər tapdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq