Gizlədirdim bir zaman bu çeşmi-rövşəndən səni
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gizlədirdim bir zaman bu çeşmi-rövşəndən səni,Gizlədir indi, nigarım, qeyrilər məndən səni.
Qoy xədəngi-möhnətin rövzənlər açsın sinədən,Dil görə, ey mahrüx, şayəd bu rövzəndən səni.
Bu qədü rüxsar ilə seyri-gülüstan eyləsən,Fərq qılmaz bağban, ey sərv, gülşəndən səni.
Gərçi, nöh əflaki-kəcrov səxtdir, ey tiri-ah,Qorxma, pərran eylərəm suz ilə cövşəndən səni.
Sən dua eylə yetim, ey can, bu gün çananıma,Hiç qəm çəkmə qutarram məhbəsi-təndən səni.
Mən hara, həngameyi-vəslin hara, ey şəmi-hüsn,Od tutub pərvanə tək yannam görəm gendən səni.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, hər kimsənə bir mətləb istər dəhrdən,Mətləbim yox qeyrdən, mən istərəm səndən səni.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-gizledirdim-bir-zaman-bu-cesmi-rovsenden-seni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zahidin gər güzəri bir düşə meyxanə sarı,Kafərəm gər dönə ol məscidi-viranə sarı.
Dünən gecə mənə həmbəzm bir səmənbər idiDünən gecə mənə həmbəzm bir səmənbər idi,Məhi-cəmalı ilə gözlərim münəvvər idi.
Çəkmə, ey dust, bu gün daməni-səhrayə məniÇəkmə, ey dust, bu gün daməni-səhrayə məni,Yoxdur ol mah, aparma bu tamaşayə məni.
Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəriPərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri,Rövnəqi-hüsnündür ey mahım, cahanın zivəri.