Hər dəmdə qıllam ney tək nəvani
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hər dəmdə qıllam ney tək nəvani,Saldın nəzərdən mən binəvanı.
Siccinə düşdüm hicri-rüxündən,“Tərif məkanı, ya mən yərani”.
Yandın bu narə, xak oldun, ey dil,Tök ab gözdən, tərk et həvani.
Qönçə dəhanın əsrarın açma,Sən məhrəm etmə badi-səbani.
Ol çini-zülfə gər nisbət etsəm,Billah xətadır müşki-Xətani.
Kakil qəmindən var sərneviştim,Döndərmək olmaz başdan qəzani.
Arif gözündə vəhdətdi kəsrət,Kəsrətdə seyr et zati-xudani.
Zahirdə kəsrət, batində vəhdət,Vəhdət gözüylə gör masivani.
Dəryadi qətrə, dəryayə düşsə,Düş bəhri-eşqə eylə şitani.
Gər zati-həqqi bulmaq dilərsən,Əğyarı tərk et, tap Mürtəzani.
Aləmdə yoxdur bir ondan özgə,Əhvəl degilsən bir görsən ani.
Zati-Məhəmməd zati-Əlidir,İki bədəndə bir bil o cani.
Məqtə — şairin təxəllüsü olan son beyt. Sirri-dəhanın faş etmə Seyyid,Nadana açma razi-nihani.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-her-demde-qillam-ney-tek-nevani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir nəfər əhli-kənd olan hinduQonşusundan dilədi tənbaku.
Fəqir və zalımBir fəqirin papağını bir kəsQapıban qaçdı getdi karına bəs.
Məcnunun əhvalatı (Bir nəfər şəxs gördü Məcnunu)Bir nəfər şəxs gördü MəcnunuOl əsiri-bəlavü dilxunu.
Münəccim əhvalatı (Var idi bir münəccimi-dana)Var idi bir münəccimi-dana,Nəzərində əyan nücumi-səma.