Qəmindən qönçə tək dil qanə döndü,İşim bülbül kimi əfğanə döndü.

Yaman göz yaxşı dəgdi vəsli-yarə,Visalım möhnəti-hicranə döndü.

Pərişan, tirəbəxt, aşuftəhaləm,Günüm ol zülfi-müşkəfşanə döndü.

Kənarımdan çün ol dürr oldu qaib,Gözüm yaşı axıb Ümmanə döndü.

Həzər qıl macərayi-çeşmi-tərdən,Sirişkim bəhri-bipayanə döndü.

O dürri-gənci-hüsnün firqətindən,Könül bir mənzili-viranə döndü.

Dəxi səngi-cəfadən xali olmaz,Du çeşmim kəffeyi-mizanə döndü.

Məqtə — şairin təxəllüsü olan son beyt. Rəqibi-bülhəvəs məqsudə yetdi,Dili-Seyyid cəfadən qanə döndü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq