Tacirin axmaqlığı
Vardı bir mərdi-sahibi-rövnəq,Tacir idi və leyk çox əhməq.Açmış idi füruş üçün dükkan,Vardı bir cüft onda ənfiyədan –Ki, haman zərflər tiladən idi,Nə tila, zərri-pürbəhadən idi.Bir yəhudi ki, düzd idi, əyyar,Rubəhi-nər misalı hiylətkar.Gəldi dükkan-ara o pürhiylət,Sordu kim, bunlara nədir qiymət?Dedi kim, qiymətin deyim sənə düz,Bu biri yüz manatdır, ol iki yüz.O yəhudi bu qiymətə bitdi,Yüz manatlıq qabı alıb getdi.Keçdi bu qissədən neçə saət,O yəhudi yenə qılıb ricət,İstədi ondan ol qalan qabı.Gör nə təzvir edir o qüllabı?Dedi ki, yüz manat çatıb sənə düz,Bu da öz qabın, oldu bu iki yüz.Çatdı çün iki yüz manat bu dəm,Ol biri qabı bəs dur eylə kərəm.Sandı yoxdur bu əmrdə nöqsan,Verdi ol qabı taciri-nadan.Aldı ondan yəhudi zərfi-zəri,Elə getdi ki, yox hələ xəbəri.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-tacirin-axmaqligi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Meyxanə tərəf saqi, amandır, güzər eylə,Tez gəl, bir ayağ ilə dəmağimi tər eylə.
Ey gözün eyni-xuda, “nuni-qələm” qaş sənəEy gözün eyni-xuda, “nuni-qələm” qaş sənə,Verdi öz surətini nəqşdə nəqqaş sənə.
Vaiz, demə kim, zail edər əqli piyaləVaiz, demə kim, zail edər əqli piyalə,Billah ki, piyalə gətirir mərdi kəmalə.
Mənə mehman idi ol sərvi-xuraman bu gecəMənə mehman idi ol sərvi-xuraman bu gecə,Məhfilim olmuş idi rəşki-gülüstan bu gecə.
Başqa şairlərin şeirləri
Bir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,