Seyyida, olma əhməq ilə yar,Ta səni əhməq etməsin zinhar.Belə təqrir edibdir əhli-bəyan –Ki, müəssirdir ülfəti-insan.Elə təsdiq kim, bu söz həqdir,Əhməqin yoldaşı həm əhməqdir.Əhməqin yoxdur əql ilə karı,Bilməz əhməq səyaqi-göftarı.Sən deyərsən ki, asimandır bu,O deyər, ari, risimandır bu.Guş qıl kim, bu xoş rəvayətdir,Gərçi bir müxtəsər hekayətdir:Var idi bir əmiri-sahibzər,Muzd ilə saxlamışdı bir çakər.Leyk ol çakər əhməq idi, zəbun,Fəhmdən dur, huşdən məğbun.Dedi bir gün əmir o gümrahə –Ki, filan kimsə gəlsə dərgahə,Məni səndən sual qılsa əgər,Degilən evdə yoxdu, getdi səhər.Başa düşdünmü mən deyən hali,Yaxşı oldunmu bu sözə hali?Dedi: – Düşdüm başa bunu, ammaNə deyim gəlməsə bəs, ey mövla?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri