Dəxi yüz töhfeyi-səlatü səlam,Nə qədər var bu gərdişi-əcram,Olsun ol şəxsə kim, müəyyəddir,Ənbiya sərvəri Məhəmməddir.“Qabəqövseyn” bəzminin şahi,“Fətədəlla” süpehrinin mahi.“Vəzzüha” vəsfi-mahi-rüxsari,Rəmzi-”Vəlleyl” zülfünün tari.Ol ki, nəleyni vermiş ərşə rəvac,Ənbiya cümlə feyzinə möhtac.Zatına yox zəmanə içrə nəzir,Mehdiyü hadiyü bəşirü nəzir –Kim, odur şəmsi-Yəsribü Bətha,Şəbi-dacə cəmalı verdi ziya.Münkəşəf ondan oldu sübhi-əzəl,Münxəsəf ondan oldu Latü Cəsəl.Odur ecazə mənbəyi-mütləq,Barmağından qəmər olub münşəq.Ona Quranı möcüzi-baqi –Ki, qoyub aciz əhli-afaqi.Gərçi ümmidi zahir ol mövla,Leyk oldu müəllimi-əsma.İlləti-mayəkunü məniyi-kün,Mənbəyi-çeşməsari-elmi-lədün.Sirri-tövhidü nəfsi-sərməddir,Əhədü Əhmədü Məhəmməddir.Xassə ol şahə kim, odur canım,Dedi həq Mürtəzadır aslanım.Harda kim, şiri-pürşücaətdir,Özgələr mədhəti nə haçətdir.Mürtəza vəsfinə yazıldı vərəq,

**“Zəhəqəl-batilü və caəl-həqq”Ey xuda, xeyrətün-nisa həqqi,O düri-bəhri-Müstəfa həqqi,Ciyəri-çaki-Müctəbayə qəsəm,Xuni-məzlumi-Kərbəlayə qəsəm.Mənə rahi-hidayət eylə əta,Eylə mədhündə nitqimi guya.Sənə layiq əgərçi yox əməlim,Üzmə damani-Mürtəzadən əlim.Bir də qismət elə ziyarətini,Həm görüm həşrdə şəfaətini.On bir övladına qulaməm mən,Talibi-həzrəti-imaməm mən.Ey xudavəndi-sahibi-qüdrət,Qıl zamani-zühurini qismət.Tez fərəc zahir eylə islamə,Tez yetir işləri sərənçamə.Zülmü cövr ilə kim, dolubdu cahan,Tez elə ədlü qistini ehsan.Gətirib zülmü cövr canə bizi!Varis et ərzü asimanə bizi!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri