Meyxanə tərəf saqi, amandır, güzər eylə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Meyxanə tərəf saqi, amandır, güzər eylə,Tez gəl, bir ayağ ilə dəmağimi tər eylə.
Hərçənd ki, mən tanımıram başla ayağım,Sən doldur əyağı, məni bundan bətər eylə.
Sərməst ölürəm, get məni dəfn etməgə, saqi,Rindani-xərabatə bu işdən xəbər eylə.
Yandın necə sən indi, könül, nari-fəraqə,Yüz dəfə dedim eşqdən, axır, həzər eylə.
Ey dil, əgər ol qəmzeyi-xunxarı sevirsən,Can cövşənini tiri-bəlayə sipər eylə.
Sədparə könül, xövf eləmə tiri-bəladən,Mərdanə bu meydanə qədəm qoy, cigər eylə.
Ey nalələrim, gəldi odur qətlim üçün yar,Kim dedi sənə get dili-yarə əsər eylə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ol zülfi-siyəhdən bu şəbi-vəsldə, Seyyid,Tulani şikayətlərüvi müxtəsər eylə.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-meyxane-teref-saqi-amandir-guzer-eyle
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə yaxşı vəsldə namehriban idin mənə kim,Zamani-hicrdə çox etmədi kəbab məni.
İstəsən ey mələkül-movt ki, canım alasan.İstəsən ey mələkül-movt ki, canım alasan.Get, mənə surəti-yarımda nümayan ol, gəl.
Həmdəmi-yar əgər fəriştə olaHəmdəmi-yar əgər fəriştə ola,Aşiqi-zarı bədgüman eylər.
Əgər vüsalüvi həq xəlqə qismət etsəydiƏgər vüsalüvi həq xəlqə qismət etsəydi,Ümid kimsənə tutmazdı baği-rizvanə.
Başqa şairlərin şeirləri · Eşq
Tərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.
GörəsənSallanıb çıxanda gül xiyabandan,Od tutub alışan narı görəsən.
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
Telefon məhəbbətiSevgi məktubları düşübdür dəbdən,Cavanlar eşqini yazmır kağıza.