Bir bilmədim axır niyə bu qaş gözə gəldi,Çıxsın gözü, əğyar gözündən gözə gəldi,

Derlərdi vücudi-dəhəni-yar ədəmdir,Ol nöqteyi-sərbəst açıldı, sözə gəldi.

Tiğ etdi xətin pak üzündən o nigarın,Əlminnətü-lillah, gecəmiz gündüzə gəldi.

Dil ruzi-ələst etdi qəbuli-qəmi-eşqin,Nasutə qədəm qoydu, bəlayə dözə gəldi.

Tar eyləyən ol ayinəni dudi-dilimdir,Sən böylə xəyal etmə ki, xəttin üzə gəldi.

Tufani-sirişkim çəkilib ruyi-zəmindən,Gördükdə onu Kuhkən indi düzə gəldi.

Gördü ölürəm həsrəti-çeşmindən o şuxun,Sormağa qəmim, çeşmi-xumarım sözə gəldi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bir söz, yüzə gəlməz sənə ol şahidi-məqsud,Seyyid, tutalım sali-həyatın yüzə gəldi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq