Aldım ələ peymanə, təvəkkültü ələllah!Oldum genə rindanə, təvəkkültü ələllah!

Düşdüm həvəsi-silsiləyi-zülfi-nigarə,Oldum genə divanə, təvəkkültü ələllah!

Ol həlgəyi-zülfündə görüb gəndümi xalın,Aldatdı məni danə, təvəkkültü ələllah!

Qorxum budu cəm’iyyətimiz ola pərişan,Yar aldı ələ şanə, təvəkkültü ələllah!

Mən aşiqi-divanə, uşaqlar əli daşlı,Çıxdım yenə meydanə, təvəkkültü əlallah!

Zünnar salıb boynuma zülfi-siyəhindən,Döndüm genə Sən’anə, təvəkkültü ələllah!

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid məni tərdəməni vəslində bilibdir,Düşdüm quruu böhtanə, təvəkkültü ələllah!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq