Dedim ki, yarə qəmi-hicr dasitanı yazım
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dedim ki, yarə qəmi-hicr dasitanı yazım,Məlalü dərdi-dili-zarü natəvanı yazım.
O şahbazi-büləndaşiyanə bir dil ilə,Bu hali-bismili-viranəaşiyanı yazım.
Gözüm qarasını həll eləyib midad içrəBu intizari-dilü çeşmi-xunfəşanı yazım.
Yazım o səngdilə şərhi-firqətin, yoxsaZəmanə dərdimi, ya qüsseyi-cahanı yazım.
Nə firqətin, nə zəmanə qəmin, nə qüssəsini,Nələr ki, başıma hicrində gəldi anı yazım?
Fəraqi-ləli-ləbində o sərvi-lalərüxün,Qəmində gözdən axan qətrə-qətrə qanı yazım.
Zibəs təpidələnir mübtəla könül, qoymazKi, ol pərivəşə mən hali-cismü canı yazım.
Məqtə — şairin təxəllüsü olan son beyt. Məbadə can çıxa, Seyyid, gedə bu namə ilə,Gərək bu naməni candan ona nihani yazım.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-dedim-ki-yare-qemi-hicr-dasitani-yazim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bəxtim bana uz verdi, şərabdarə yetişdim,Opdum ayağın, kaseyi-sərşarə yetişdim.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,