Aslan və iki öküz
Bir çəragah içində iki öküzOtlayırlardı şad gecə-gündüz.Nagah onlara bir qəvi aslanEylədi həmlə səxt seyhə-günan.Çün öküzlər görüb o əhvali,Oldular fikri-xəsmdən hali.Verdilər dal-dala o heyvanlar,Qıldı buynuzlarıyla cövlanlar.İttifaq eyləyib diliranə,Durdu onlar müqabil aslanə.Gördü aslan çü surəti-karı,Bildi ki, həmləsi deyil karı.Görüb aslan ki yox işində zəfər,Oldu rubəh misalı hiylətgər.Hiylə fikriylə ol qəvi-sövlətÖküzün eylədi birin dəvət.Dedi: – Ey gavi-xoşələf, hərgahOlasan ol rəfiqdən ikrah,Sənə minbəd etmərəm azar,Olusan hər çəməndə bərxürdar.Sənə verrəm hamı ələfzarı,Görməsən bir dirəndə azarı.Olusan daima pənahımda,Dərgəhi-ərşi-iştibahımda.O qədər vəsf edib özün satdı,Axır ol binəvanı allatdı.Onları bir-birindən etdi cüda,Oldu aslanə müddəa peyda.Onların parə qıldı əzasın.Ey gözüm nuru, anla mənasın:Əgər olsaydı ittifaqləri,Gavlər görməz idi bu xətəri.Xah rus əhli olsa, xah firəngVətən əhlilə olgilən yekrəng.İttihad eylə, ittifaq eylə,Üzüvü hər məkanda ağ eylə.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-aslan-ve-iki-okuz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dedim: ey gül, niyə etdin məni zülfündə əsir?Dedi: divanə olan şəxsə gərəkdir zəncir.
Dəhənin dilbərimin çeşmeyi-heyvan dedilərDəhənin dilbərimin çeşmeyi-heyvan dedilər,Kim inanır bu sözə, göz görə böhtan dedilər.
Ənbər saçılır, qafileyi-ud gəlibdirƏnbər saçılır, qafileyi-ud gəlibdir,Guya ki, genə çəngü dəfü ud gəlibdir.
Şükr eylə, könül, söhbəti-cananə yolun varŞükr eylə, könül, söhbəti-cananə yolun var,Ey tutiyi-şeyda, şəkəristanə yolun var.