Cəfər, ey nuri-dideyi-Seyyid,Qönçeyi-novrəsideyi-Seyyid!İttifaq eylə dust ilə hər an,İttifaq ilə əmr olur asan.Dəhrdə etmə iftiraqə həvəs,İttifaq ilə kəslər olmuş kəs.Vardır, ey baği-ömrümün şəcəri,İttifaq etməyin gözəl səməri.İttifaq eyləyəndə beş barmaqXeyli asandı bir şeyi tutmaq.Yoxdur, ey sərvərim, tək əldə səda,İttifaq ilədir sürurü səfa.Edəsən guş gər bu timsali,Səni filcümlə eyləyər hali:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri