Eşqidən kamil olan, xeyli iqbaldı yüküm.Dürlü qumaş cəm etmişəm, yaşıldı, aldı yüküm.Matahm matah olunca, bazarın bazar olsun.Nə alınmaz, nə satılmaz, xeyli zavaldı yüküm.

Mərdanələr yığılıban, söhbəti xoş eyləsin.Bir-birinə xoş deyibən, sərin peşkəş eyləsin.Saqiyəm, mərd məclisində içənlər nuş eyləsin.Ab-kövsərdən almışam, abi-zülaldı yüküm.

Məhəmmədəm, sərrafkarıdı, hər nə desən varıdı.Bir sözü cəvahiratdı, biri kövhərkarıdı.Qədirbilənlər, yaxm gəl, qədirbilməzlər, geri dur.Göstərmərəm hər yetənə yaqutu ləldi yüküm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri