Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz,Keçər meyxarə aləmdən, meyi-gülnardən keçməz.
Nola keçməz yüzündən ol nigari-azərinin dil.Birəhmən bütdən əl çəkməz, səməndər nardən keçməz.
Şitab ilə keçər çox xatiri-əğyar üçün məndən,Vəli bir məndən ötrü xatiri-əğyardən keçməz.
Keçər piri-müğan hər bir günahı, kani-rəhmətdir,Vəlakin cami-mey tərkin qılan, huşyardən keçməz.
Şərabi-“əlbəlaü lilvila” ən məst olan aşiqKeçər Mənsur tək candan, bəlayi-dardən keçməz.
Gözün gər içsə qanım nazuvi çəkmək münasibdir,Pərəstarı olan kəs xatiri-bimardən keçməz.
Məqtə — şairin təxəllüsü olan son beyt. O tari-zülfə, Seyyid, qılmaz iyman, məhz kafərdir,Çəkər təsbihdən əl, rişteyi-zünnardən keçməz.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ceker-candan-elin-konlum-lebi-dildarden-kecmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz,Dili-sədpareyi-aşiqdə cərahət qalmaz.
Novbahar əyyamıdır, mən zar qaldım yarsızNovbahar əyyamıdır, mən zar qaldım yarsız,Hiç bülbül olmasın bu fəsldə gülzarsız.
Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuzBağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz,Gül açıldı, bülbül oldu şad, məndə qəm hənuz.
Mehri-rüxsarüvi dil mahi-səmadən seçməzMehri-rüxsarüvi dil mahi-səmadən seçməz,Etibarı yox onun, ağı qəradən seçməz.
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.
Ha bular, bularSəba dost zülfünə şanə çəkəndə,Yayılar gərdənə ha bular, bular.
Könül dünyamKönül bir dünyadır — yazı, payızı,Könlümdə fəsillər nəğmələnərlər.
Mənzilim dərgahi-cananımda bolğay kaş kiMənzilim dərgahi-cananımda bolğay kaş ki,Ya ona mənzil mənim canımda bolğay kaş ki.