Tiğ etsə xətin pak sənə bir zərər olmaz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Tiğ etsə xətin pak sənə bir zərər olmaz,Ayinədə seyqəl ola hərgiz kədər olmaz.
Gəl bəzmi-Züleyxayə sən, ey Yusifi-sani,Bu hüsnü lətafətdə desinlər bəşər olmaz.
Ağuşə çəkib arizi-zibanı şəbü ruz,Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz.
Sorma bu gecə silsileyi-zülfi-siyahınTulani olan qissədi, bu müxtəsər olmaz.
Yoxdan açıb ağzın verir axırda cavabım,Pinhani olan nalələrim biəsər olmaz.
Baği-dilə ol nəxli-məhəbbət ki, mən əkdim,Ondan bilirəm qeyri-bəla, bir səmər olmaz.
Məqtə — şairin təxəllüsü olan son beyt. At qəmzən oxun Seyyidə, ey qaşı hilalım,Ruintənə yüz ox atasan kargər olmaz.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-tig-etse-xetin-pak-sene-bir-zerer-olmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə qədər gər ola bu çərxi-cəfacudə bəla,Olmaz ol qədr ki, var ol büti-bədxudə bəla.
Görəsən kim nə imiş hörməti-səhbayə səbəbGörəsən kim nə imiş hörməti-səhbayə səbəbKi, həram etdi bu can cövhərini Şahi-Ərəb.
Qəmzə peykanın çəkib hərdəm bizə, ey nuşləbQəmzə peykanın çəkib hərdəm bizə, ey nuşləb,Bisəbəb qan tökmək istərsən, nədir axır səbəb?
Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb!Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb!Görüb rüxsarını təslim edim bu canımı, ya rəb!
Başqa şairlərin şeirləri · Eşq
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Aşıq PəriyəVerdimsə gər o şuxi-sitəmkarə könlümü,Bir gün də görmədim mən o biçarə könlümü.
Qəlbin dediyilə nə qədər xar oldunBir zalıma sən gör nə giriftar oldun.
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.