Nə qədər gər ola bu çərxi-cəfacudə bəla
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Nə qədər gər ola bu çərxi-cəfacudə bəla,Olmaz ol qədr ki, var ol büti-bədxudə bəla.
Nə bəlalər gətirir başıma çeşmin, ya rəb,Nə qədər var imiş ol nərgisi-cadudə bəla.
Xətü xalü səri-zülfündən olub qan könlüm,Kim görübdür bu qədər ləşkəri-hindudə bəla.
Mərdümi-didələrim rəncədi əşk içrə müdam,Rəsmdir, kim ki qəriq olsa çəkər sudə bəla.
Ey könül, zülf ilə əbrusuna meyl etmə ki, varÇini-zülfündə xəta, ol xəmi-əbrudə bəla.
Tapacaqdır məni hər yerdə kim, olsam guya,Olmasam mən, qalacaqdır qəmü qayqudə bəla.
Məqtə — şairin təxəllüsü olan son beyt. Görməmək yarı bəla, görməgi qeyr ilə bəla,Seyyida, düş, yıxıl öl, o da bəla, bu da bəla!
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ne-qeder-ger-ola-bu-cerxi-cefacude-bela
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Girib həmmam ara dildarı gördüm,Təcəlladən əyan didarı gördüm.
Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəmYar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm,Zövqdən gülləm, onu yüz dəfə təkrar eylərəm.
Aşiqəm, aşiqəm nigarə qəsəmAşiqəm, aşiqəm nigarə qəsəm,O siyəhçeşmi-pürxumarə qəsəm.
Ta o mahın xətü xalinə nigah eyləmişəmTa o mahın xətü xalinə nigah eyləmişəm,Günümü eşqlə aləmdə siyah eyləmişəm.