Girib həmmam ara dildarı gördüm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Girib həmmam ara dildarı gördüm,Təcəlladən əyan didarı gördüm.
Bədən su içrə, baş sudən kənarə,Su içrə şölə çəkmiş narı gördüm.
Dağıtdı kakilini şanə hər yan,Pərişan nafei-tatarı gördüm.
Nəhan oldu pəri tək xəlvətində,O xəlvətdə olan əsrarı gördüm.
Gözüm düşdü o badami-düməğzə,Dolu badamdən anbarı gördüm.
Sulandı şərbəti-şəkkərdən ağzım,Bürəhnə çün süreyni-yarı gördüm.
Məqtə — şairin təxəllüsü olan son beyt. O zülfü, Seyyida, qıldı həmayil,Sənin boynunda mən zünnarı gördüm.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-girib-hemmam-ara-dildari-gordum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey gülşəni-behişt cəmalın nişanəsi,Kövsər o ləli-şəhdmisalın nişanəsi,
Gözüm kur oldu hicrin giryeyi-bimüntəhasındanGözüm kur oldu hicrin giryeyi-bimüntəhasından,Ziyalansın, gəl, ey məh, xaki-payın tutiyasından,
Bülbüli-dil gülşəni-rüxsarın eylər arizuBülbüli-dil gülşəni-rüxsarın eylər arizu,Tutiyi-can ləli-şəkkərbarın eylər arizu,
Hakim ki, tazə varid ola bir vilayətəHakim ki, tazə varid ola bir vilayətə,Adətdi dadrəs olur əhli-şikayətə.
Başqa şairlərin şeirləri · Eşq
Dənizin firuzə gözlərindəkölgələr titrəyir, sıxlaşır.
YandımYenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.