Gül qönçəlikdə gərçi olur xarə aşina
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gül qönçəlikdə gərçi olur xarə aşina,Açsa niqabını olur əğyarə aşina.
Biganələrlə çünki olur aşina, könül,Kaş olmayaydım ol güli-bixarə aşina.
Guya başında bir güli-alın həvası var,Bülbül səbəbsiz olmadı gülzarə aşina.
Tökdü, dağıtdı arizə zülfi-siyahını,Etdi zəmanədə günümü qarə aşina.
Gördüm rəqibə mail olan iltifatını,Sandım rəqib kim, olacaq yarə aşina.
Cənnət həramım olsun əgər şəkvə eyləsəm,Öz xahişimlə yaxsa məni narə aşina.
Məqtə — şairin təxəllüsü olan son beyt. Lakin rəqib pəndin alıb, Seyyida, mənimEtdi dili-həzinimi sədparə aşina.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-gul-qoncelikde-gerci-olur-xare-asina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir ədəd bikəmal bəççeyi-muş –Ki, hənuz olmamışdı sahibhuş,
Siçan və pişik (Var idi bir şəhrdə bir bəd pişik)Var idi bir şəhrdə bir bəd pişik –Kim, yox idi bir belə mürtəd pişik.
Süleyman və qarğaBelə nəql etdi raviyani-kəlam –Ki, Süleyman nəbi əleyhi-səlam.
Xoruz və çaqqal hekayəsiSübh vəqtində bir qoca çaqqalAclıq etmişdi çox onu bihal.