İkram edər o gül mənə əğyar yanında
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
İkram edər o gül mənə əğyar yanında,Ta etsin özün sevgili hər xar yanında.
Məqsud bu kim, mən olam azürdə, rəqibiƏgləşdirə ol yari-dilazar, yanında.
Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux,Güldü, dedi: gül daim olur xar yanında.
Şadəm ki, gözün fikridi peyvəstə könüldə,Xoşdur ki, təbibi ola bimar yanında.
Hər xar nə versin ərəqi-ruyüvə qiymətKim, qədri gülabın olur əttar yanında.
Haşa ki, güli-tər ola rüxsarüvə nisbət,Gül xarə dönər ol rüxi-gülnar yanında.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gər ol sənəmin zülfi qəmindən ölə Seyyid,Dəfn eylədin ol sahibi-zünnar yanında.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ikram-eder-o-gul-mene-egyar-yaninda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.Meydani-məhəbbət tərəfə bir güzərin yox.
Hər aşiqin ki, sən kimi bir məhcəmalı yoxHər aşiqin ki, sən kimi bir məhcəmalı yox,Nöqsanı var ki, eşqinin əsla kəmalı yox.
Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yoxBahar oldu, könüllər şad olan mövsümdü, yarım yox,Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox.
Mən tək bahardə hər o şəxsin ki, yarı yoxMən tək bahardə hər o şəxsin ki, yarı yox,Bir bülbüli-fələkzədədir kim, baharı yox.
Başqa şairlərin şeirləri · Eşq
Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi,Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi.
Nə anladıq bu gəlmaqdanNə anladıq bu gəlmaqdan,Bu altı aylıq qonaqdan?
Cümə günEy könül, haqqa iladət qıl Cümə gün,Zikr eylə, qəlbin pasını sil Cümə gün.
Ey üzü gül, ləbləri mərcanımızEy üzü gül, ləbləri mərcanımız!Ey gözü nərgis, şəhi-məstanımız!