Mən tək bahardə hər o şəxsin ki, yarı yox,Bir bülbüli-fələkzədədir kim, baharı yox.

Ol kəs ki, yarını görə əğyarə yar olub,Öldürməsə əgər özünü, hiç arı yox.

Çox kimsənin əgərçi kəsibdir qərarını,Əmma mənim təki o gülün biqərarı yox.

Bənzər o nəxlə kim, ola bisayəvü səmər,Hər dilbərin ki, aşiqə busü kənarı yox.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, hanı şərabın, ötür fəsli-novbahar,Bir də baharə çıxmağının etibarı yox.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq