Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.Meydani-məhəbbət tərəfə bir güzərin yox.

Mehrabdə əgləş ki, cigərdar degilsən,Bu nari-qəmə yanmağa əsla cigərin yox.

Ta müxbiri-eşq oldu könul, bixəbərəm mən,Zahid, xəbərim yox, bu xəbərdən xəbərin yox.

Sən eylə pəri, hur xəyalilə ibadət,Bəzmində ələnnəqd büti-simbərin yox.

Ey zahidi-xüşk, eyləmə üşşaqə təfaxür,Ahi-səhərin, suzi-dilin, çeşmi-tərin yox.

Nə vəslü nə ağuşü nə bir busü kənarın,Ey nəxli-məlahət, bizə əsla səmərin yox.

Ey dil, elədin cənnəti-kuyini təmənna,Uçmağa hanı, heyf, sənin balü pərin yox.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bəsdir sənə rüxsari-zərü əşk çü simin,Seyyid, nə qəmin, gərçi sənin simü zərin yox.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri