Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox,Nöqsanı var ki, eşqinin əsla kəmalı yox.
Yüz xətt ilə küsuf edə xurşidi-tələtin,Mehrin dilimdə zərrə qədər bir zəvalı yox.
Ey bəxtimin sitarəsi, xətt içrə ruyüviGər ay tutuldu dersə görənlər, vəbalı yox.
Yüz vədeyi-visal eləsin ol pəricəmal,Hərgiz gəlib görünməsinin ehtimalı yox.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, qayıt, bu mərhələdən kəs ayağını,Axır bu rahi-meykədənin bir məalı yox.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-her-asiqin-ki-sen-kimi-bir-mehcemali-yox
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey oğul, bil ki, ol əta kaniXəlq edib səndən ötrü dünyani.
Oğluma nəsihət (Ey oğul, olma çox da sadəzəmir)Ey oğul, olma çox da sadəzəmir,Ta sənə mərdüm eyləyə təzvir.
Oğluma nəsihət (Vaqif ol, ey nəcibü fərzanə)Vaqif ol, ey nəcibü fərzanə,Lən edirsən həmişə şeytanə.
Oğluma xitab (Cəfər, ey rahəti-rəvani-pədər)Cəfər, ey rahəti-rəvani-pədər,Güli-xoşətri-gülsitani-pədər.
Başqa şairlərin şeirləri · Eşq
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Nə müddətdir gözüm rahindədir, yarım, sən səfa gəldin!Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin!