Ey oğul, olma çox da sadəzəmir,Ta sənə mərdüm eyləyə təzvir.Xəlq olub məkrü hiylədə kamil,Sadəlövh olma sən də, ey qafil.Zirək ol, yaxşıya yaman olma,Xəlqdən çox da bədgüman olma.Hər sözü yoxla, eyləmə bavər,Dari-dünyadə azdı doğru xəbər.Çoxdu dünyadə mərdi-hiyləşüar,Zahiri sadədil, özü əyyar.Məsti-layəqil olma, huşyar ol,Xəlqin övzainə xəbərdar ol.Necə kim, bu hekayəti-zibaSənə bu macərani eylər əda:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri