Əğyarı ki, gördüm eləyir yarə məhəbbət
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əğyarı ki, gördüm eləyir yarə məhəbbət,Minbəd gərək mən edim əğyarə məhəbbət.
Gər yar üçün əğyarı tutum dust, nə eybi,Gül xatirinə eyləmişəm xarə məhəbbət.
Zülfi-siyəhi-yarə şəbih olduğu yüzdənDaim qılıram rişteyi-zünnarə məhəbbət.
Gər meylim ola şəmi-rüxi-yarə, nə nəqsi,Adətdi ki, pərvanə edər narə məhəbbət.
Qurbandı dilü can səgi-kuyinə o mahın,Möminlər edər, rəsmdi, zəvvarə məhəbbət.
Xət gəldi ruxi-yarə, füzun oldu məlalım,Axır günümü eylədi gör qarə, məhəbbət.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, o siyəh zülf mənim oldu tənabım,Mənsur kimi çəkdi məni darə məhəbbət.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-egyari-ki-gordum-eleyir-yare-mehebbet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dilbəstə olmasaydım əgər zülfi-yarə mən,Çox da bu gunə olmaz idim bəxtiqarə mən.
Mənəm ki, yüz qəmü yüz dərdə mübtəlayəm mənMənəm ki, yüz qəmü yüz dərdə mübtəlayəm mən,Məhəbbətində sənin talibi-bəlayəm mən.
Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mənKeçən şəb bir məkanda bir nigari-sadə gördüm mən,Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən.
Ancaq o məhin zülfü nə iyman alır əldənAncaq o məhin zülfü nə iyman alır əldən,Ahu baxışı, qarə gözü can alır əldən.
Başqa şairlərin şeirləri · Eşq
Zivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
Badi-sabadənƏndüh-bəla artdı gənə qəhri-qəzadən,Qəm-qüssə çəkib ləşkərini gəldi havadən,
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?
Bir gündə ölən ekizlərAnnələrinə*Eldəgəz və Yurdavar üçün*