Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mən,Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən.

Yığılmışdı o bəzmi-canfəzayə hurü qılmanlar,Behişti-Ədn kim derlər, onu dünyadə gördüm mən.

Xədəngi-qəmzəsindən, onların tiri-nigarındanÖzüm tək əhli-bəzmi sərbəsər üftadə gördüm mən.

Yıxıldım, huşdən getdim, tutuldu nitq, Musa təkTəcəlla nurunu çün vadiyi-Sinadə gördüm mən.

Müsəlmanzadə idim, döndüm axır bütpərəst oldum,Məhəmməd nurunu çün ol büti-zibadə gördüm mən.

Məqtə — şairin təxəllüsü olan son beyt. O bəzmi bir də, Seyyid, görmək olmaz, ağlaram hər gün,Ki guya ol büsatı dün gecə röyadə gördüm mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq