Mənəm ki, yüz qəmü yüz dərdə mübtəlayəm mən,Məhəbbətində sənin talibi-bəlayəm mən.

O vəqtdən ki, hamı masivanı tərk etdim,Yəqinim oldu ki, sultani-masivayəm mən.

Mənimlə zində olub tapdı Xızr ömri-əbəd,Bu dari-zülmət ara çeşmeyi-bəqayəm mən.

O qüvvəyəm ki, yədi-həqlə gəlmişəm felə,Təsəvvür eyləmə kim, bir dəxi fənayəm mən.

Nə şöləyəm ki, çəkəm asimanə gərdəni-kibr,Bəsani-sayəyəm, üftadə xaki-payəm mən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Məni çəkər gözünə harda görsə əhli-nəzər,Siyahbəxtəm əgər, mili-tutiyayəm mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri