Öz ulağın itirdi bir nadan,Qaldı səhrada haimü heyran.Nagəhan gördü ol bir özgə ulağ,Yüklədi öz yükün ona sərsaq.Öz ulağı bilib olurdu rəvan,Ta ki sahibulaq oldu əyan.Yükü açdı ulaqdən dərhal,Ulağın sürdü oldu fariğbal.Bu kişi etdi naləvü fəryad,Elədi çərxi-dun əlindən dad.Çünki öz eşşəyi xəyal etdi,Yaxasın tutdu qilü-qal etdi –Ki, alırsan ulağımı əldən,Vermərəm ta ki düşməsəm dildən.Gəldilər xəlq bu təmaşayə,Güldülər ol səfihü şeydayə.Dedilər: – Qıl bəyan sən, a kişi,Ulağın erkək idi, ya ki dişi?Dedi kim, hiç yoxdu şübhəvü şəkk –Ki, ulağım mənimdü bəs erkək.Dedilər: – Bu ulaq kim, dişidir!Dedi ki, məsk olub, qəza işidir.Bir də siz etməyin bu barədə şəkk,Çox da erkək deyildi ol eşşək.Seyyida, var cahanda çox nadan,Özünü aqil eyləyibdi güman.Biri də onların yəqin sənsən,Yenə sən qanmısan, sənə əhsən!Belə fikr eyləyir ki, hər nadanÖzünündür təmam kövnü məkan.Xəlq olub ondan ötrü ərzü səma,Ümməhati-çaharü həft aba.Bilməyir ki, tüfeyli-Əhməddir,Xilqətin baisi Mühəmməddir.Bil ki, olmuşdur, ey güli-Ələvi,Cümlə aləm sənayei-nəbəvi.O şahənşah ki, mehrdir lame,Həqqə məsnudir, bizə sane.İki münşəqq olub o nuri-cəli,Biri Məhmuddür, birisi Əli.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri