Dilbəstə olmasaydım əgər zülfi-yarə mən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dilbəstə olmasaydım əgər zülfi-yarə mən,Çox da bu gunə olmaz idim bəxtiqarə mən.
Ağazi-ülfətimdə görən lütfü yardən,İndi rəqib ilə görürəm aşkarə mən.
İstər cüda həmişə o məhparədən məni,Bilməm nə etmişəm fələki-kəcmədarə mən.
Əğyarə iltica edirəm indi hicrdə,Qaldım qəmində gör nə yaman ruzgarə mən.
Ey dərdü qəm, qoyun məni bir öz qərarimə,Bir çarə eyləyim bu dili-biqərarə mən.
Ol lələrüx fəraqı ilə əşki-aldənDöndərmişəm cahanı bu gün laləzarə mən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gördüm ki, ülfətimdən edər ar dilbərim,Çəkdim özümü, Seyyid, o güldən kənarə mən.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-dilbeste-olmasaydim-eger-zulfi-yare-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Görcək ayinə rüxün ah eləmək müşküldür,Dərd əlindən səni agah eləmək müşküldür.
Eşq oduna yanmağı pərvanədən ögrəndimEşq oduna yanmağı pərvanədən ögrəndim,Zəncirə tutulmağı divanədən ögrəndim.
Görsəydim əgər yarımı billəm nə deyərdimGörsəydim əgər yarımı billəm nə deyərdim,Tapsaydım o dildarımı billəm nə deyərdim,
Qılıb hər tarına bir binəvanı mübtəla zülfünQılıb hər tarına bir binəvanı mübtəla zülfün,Olubdur əhli-eşqə, ey sitəmgər, min bəla zülfün,
Başqa şairlərin şeirləri · Eşq
Saqın ey qönçə dəhən gül kimi xəndan gəzmə,Dağıdıb zülfü pərişan-pərişan gəzmə
Öldürsə bıçaqla kimi yarım hərgahSonra tutar ağzında ləbiylə gah-gah.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.