Xabi-qəflət
Dur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən,Sənə yoxdur səmər hərgiz bu bica istirahətdən!Tamamən xalq olub bidar avazi-müəzzindən,Dur, ey aludeyi-qəflət, göz aç bir dəm kəsalətdən.Ülüləbsar olan sübh olmamış bidar olur bişək,Deyil insani-kamil durmayan xabi-cəhalətdən.Gözün var isə hürriyyət ziyasından götür hissə,Yaşa insanca, insanlartək azad ol əsarətdən!Təlaş əyyamı, hürriyyət zamanı, iş məqamıdır,Mənə söylə görüm kim müstərih olmuş səfalətdən?Nə yatdın, ey müsafir? Sübh açıldı, karvan köçdü,Özün tək, pürxətər mənzil, səmər yoxdur bu rahətdən.Demə mən şir idim, həm mən şücaətdə arslan idim,Tökərlər başına elm ilə bu xaki məzəllətdən.Qarışqa elmidən dərk etsə baxmaz zuri-bazuya,Bir alim kimsə xof etməz bir aləm zoru qüvvətdən.Gər olsa əksəriyyətlə cəmaət hakimə məhkum,Bir hikmət alimi xof etməz ali bir hökumətdən...Gəl, qardaş, ataq qəfləti bilmərrə kənarə,Bir az da bu qəflət qala olmaz dəxi çarə...Hər bir işimiz getdi, qalıb qəlbdə həsrət,Avara qoyan bizləri qəflətdi, bu qəflət!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xabi-qeflet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bakıya məhərrəmlikdə mərsiyə oxumaq üçün gələn mərsiyəxanlardan iyirmi nəfəri işsiz qaldığından hər şeylərini satandan sonra İrandan yol xərcliyi istəmişlər ki, çıxıb getsinlər.*On bir il Qafqaza peydərpey olubdur səfərim,
DükandaQəzalardakı dükançılar müxbirlərdən narazı olduğu kimi Binəqədidə baqqal Əli Əlimərdan oğlu da «burada muxbur çoxdur» deyib dükanı yığışdırmışdır.*Pislənmədədir get-gedə əhval dükanda
Qan edənXırda millətlərə nəcat vermək üçün Almaniya cahankirliyini əzib ümumi sülhü bərpa etmək əməlində olan Qərb sərvətdarları ikinci bir müharibəyə hazırlanırlar.*Əvvəlinci hərbdə Vilhelm idi tufan edən
Balaca felyetonİngiltərə mətbuatı deyir ki: 1922-ci ildə Misirə istiqlal verməyi və’d etdiksə də, bu gün siyasi, iqtisadi vəziyyət Misirdən, İraqdan çıxmağı təqaza etməyir.*Xidmətin misrlilər etmədi itmam hənuz
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Ey sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü Qarabağ
Gərək...Qoca təbiətin qanunu çoxdur,Bilinmir hesabı, bilinmir sanı,
Nə bilsinAy üstə, gün üstə söyləyən aşıq,Türkünü bilməyən, farsı nə bilsin.
Yarı ağlar, yarı yoxOğlumuz şortik geyibdir - yarı şalvar, yarı yox,Qız da bir paltardadır ki, yarı paltar, yarı yox.