Yarı ağlar, yarı yox
Oğlumuz şortik geyibdir - yarı şalvar, yarı yox,Qız da bir paltardadır ki, yarı paltar, yarı yox.
Haqqı təbliğ eyləyən yüzlərlə dindar görmüşəm,Haqqa səs vermək gələndə yarı dindar, yarı yox.
Aldadan cahillərin icması quyruq bağlayıb,Aldanan qafillərinsə yarı bimar, yarı yox.
Gün gələr göydən enər haqqın Zaman Səlnaməsi,Eyləyər haqqın kitabın yarı inkar, yarı yox.
Bizdə hər bir şey yarımçıq olduğundan, ey qələm,Yaz, yarımçıqlar içində yarı aşkar, yarı yox.
Gəlsə bir gün Əzrayıl bizdən əgər can almağa,hansı üznən can verək ki, yarı can var yarı yox.
Hər özün düzgün sayan kəs haqq sözün etməz qəbul,Ol səbəbdən Pünhan ölsə, yarı ağlar, yarı yox.
18 avqust, 2000
Kitabxana.az · https://kitabxana.az/works/punhan-yari-aglar-yari-yox
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Günüm hayana bilmirəm gedib nurlana-nurlana,Yarım əsrdi günsüzəm günüm qarlana-qarlana.
Bu dərd ilə məşhurdurGuş qıl dövrün səsi, ey dil, sədayi-Surdur,Çünki dünyanın işi bir həlli yox düsturdur.
Ümid əzrailə qaldıZənn eylədi, cahil bu cahan cahilə qaldı,Cahillə mənim söhbətim İsrafilə qaldı.
Əcəb elərəmQuzu balamın, quzu qanını tələb elərəm, əcəb elərəm,Dedi ki, verib özü canını əcəb elərəm, əcəb elərəm.
Başqa şairlərin şeirləri · İlahi eşq
Qaraçı qız sinəsini verib qabağaKirpiyindən, dodağından məhəbbət axır.
Əlhəmdülillah, fikrimdir AllahƏlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
یا رب دلم از درد تو بیکار نگرددبیمار غم عشق تو بیمار نگردد
Cami-Cəm, fəsil 85Əməlsiz bir elmdir fikirsiz zikir,Eşqsiz ürək nursuz bir göz kimidir.